Cihan Özkaranın rəqibləri müəyyənləşdi
17.07.2013 - 03:30
Cihan Özkaranın rəqibləri müəyyənləşdi
Milli komandamızın hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” Hollandiyada hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, sözügedən ölkədə 18 gün məşq edəcək Türkiyə klubunun yoldaşlıq görüşündə qüvvəsini sınayacaq rəqiblərinin adı açıqlanıb.

Baş məşqçi Roberto Karlosun yetirmələri iyulun 20-də Hollandiyanın “Neymeqen”, 23-də “Qrafshap”, 26-da “Qou Ehed İqls” klubları ilə üz-üzə gələcək. Özkaranın komandası bu ölkədə sonuncu görüşünü iyulun 29-da Portuqaliya “Belenensiş”inə qarşı keçirəcək.

Qeyd edək ki, “Sivasspor” yeni mövsümün hazırlıqlarına iyulun 4-dən başlayıb. “Qırmızı-ağlar” Hollandiyaya isə iyulun 15-də gəlib.