Millimizin hücumçusunun komandasında yeni sima - FOTO
17.07.2013 - 04:00
Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqa təmsilçisi son olaraq Portuqaliya “Nasional”ında icarə əsasında forma geyinən müdafiəçisi Manuel da Koşta ilə anlaşıb.
“Qırmızı-ağlar” 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. 1.92 sm boya malik olan oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra Hollandiyaya gedərək, Sivas klubunun təlim-məşq toplanışına qatılacaq.
Qeyd edək ki, Portuqaliya, Fransa və Mərakeş vətəndaşı olan Kosta peşəkar futbol karyerasına “Nansi”də başlayıb. O daha sonra PSV, “Fiorentina”, “Sampdoriya”, “Vest Hem”, Moskva “Lokomotiv”i və “Nasional”da çıxış edib.

0
0