İnyestanın doğma şəhərində abidəsi ucaldılacaq
17.07.2013 - 04:38
İspaniyanın Albasete əyalətinin Fuentealbilya bələdiyyəsində “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın abidəsi ucaldılacaq. Apasport.az saytının məlumatına görə, bürünc heykəlin açılış mərasimi cümə günü reallaşacaq.
29 yaşlı futbolçu təntənəli tədbirə gəlməyə söz verib. Bu haqda yerli mətbuata İnyestanın özü bildirib.
Andres iki dəfə sabiq komandasını xilas edib. Belə ki, İnyesta 2011-ci ildə “Albasete”nin səhmlərini almaq üçün 420 min avrosundan keçib, atası Xose Antonionun klubun direktorlar şurasına daxil olmasına nail olub. Ötən ay isə o, “Albasete”yə 240 min avro pul yatırıb ki, komanda sanksiyalara əsasən ölkə çempionatının IV divizionuna yollanmasın.
Qeyd edək ki, İnyesta 12 yaşına kimi “Albasete”nin uşaq komandalarında çıxış edib. O, 1996-cı ildə “Barselona”ya yollanıb və əsas uğuru da Kataloniya klubunun heyətində əldə edib. Andres “Barsa”da 6 dəfə La Liqaya və 3 dəfə Çempionlar Liqasına sahib olub. O, İspaniya yığmasının heyətində 2 dəfə Avropa çempionluğu (2008, 2012) və 1 dəfə də dünya çempionluğu (2010) sevinci yaşayıb.

0
0