Avropa Şurasının nümayəndə heyəti Yozef Blatterlə görüşdü
17.07.2013 - 05:24
Avropa Şurasının nümayəndə heyəti Yozef Blatterlə görüşdü
FİFA-nın Sürix şəhərindəki qərargahında Avropa Şurasının nümayəndə heyəti qonaq olub. Apasport.az saytının məlumatına görə, qonaqları dünya futbol qurumunun rəhbəri Yozef Blatter qəbul edib.

Görüşdə son zamanlar futbolda baş verən korrupsiya hadisələri ilə bağlı söhbət aparılıb. Müzakirələr təxminən dörd saat davam edib.