Bosniyalı futbolçu “Simurq”a qayıtdı
17.07.2013 - 08:54
“Simurq” daha bir futbolçusunu geri qaytarmaq məcburiyyətində qalıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi ötən mövsüm bu komandanın şərəfini qoruyan Dilaver Zrnanoviçlə yeni müqavilə bağlamaq fikrinə düşüb.
Buna səbəb Rasim Ramaldanovun “Xəzər Lənkəran”ın düşərgəsinə getməsindən sonra “Simurq”un müdafiəsinin mərkəzinə səviyyəli oyunçunun tapılmamasıdır. Hazırda 28 yaşlı futbolçu təmsilçimizin Avstriya hazırlıqlarında yaxından iştirak edir. Artıq fəaliyyətini dayandırmış “Moskva”nın sabiq üzvü olan Zrnanoviç dünən Yunanıstanın məşhur “Olimpiakos” klubu ilə keçirilən yoxlama oyununun ikinci hissəsinin əvvəlində bərabərlik qoluna imza atsa da, komandası sonda 1 top buraxaraq məğlub olmuşdu.
Qeyd edək ki, bundan öncə “Simurq” braziliyalı Anderson de Oliveyra və xorvatiyalı Styepan Polyakı geri qaytarmalı olmuşdu.

0
0