Georgi Çixradze: Bizim komandamız hələ tam formalaşmayıb
17.07.2013 - 09:15
“Güclü rəqiblə görüş, bizim baxımımızdan çox yaxşı sınaq oldu. Bu mərhələdə özümüzü yoxlaya bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis Avstriya toplanışı çərçivəsində Yunanıstan “Olimpiakos”u ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Oyun haqqında isə onu deyə bilərəm ki, “Olimpiakos” yüksək səviyyəli komandadır. Hər il Çempionlar Liqasında mübarizə aparır. Biz isə xüsusən birinci hissədə pis görünmədik. Rəqib demək olar ki, bizə qarşı eyni səviyyəli üç heyətlə mübarizə apardı. Hər yarım saatdan bir dəyişiklik edirdilər. Əlbəttə ki, bizim komandamız isə hələ tam formalaşmayıb. Məğlub olmağımıza baxmayaraq, bu mənzərədən demək olar ki, ilk hissədə penaltidən yararlana bilməsək də, yaxşı oyun göstərdik. Düşünürəm ki, əsas heyəti qurmaq prosesini davam etdirməliyik. Seleksiya işləri hələ başa çatmayıb”.
Klubun rəsmi saytına açıqlamasında Çixradze hansı mövqelərə yeni futbolçuların transfer edilməsi haqda da danışıb: “Bizə hazırda hücumçu, mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəçisi lazımdır”.
O, həmçinin hazırda baxışda olan Eudi Silvanın oyununuda dəyərləndirib: “Eudis demək olar ki, bu gün özünü pis göstərmədi. Ancaq düşünürəm, o, hələ tam potensialın ortaya qoya bilmədi. Çünki hazırda “Olimpiakos” kimi güclü rəqibə qarşı oynamağa hazır deyil. Hansı ki, tezliklə Çempionlar Liqasında mübarizə aparacaq. Hazırlığı fonunda onun yaxşı vəziyyətləri olsa da, tam səviyyəsini göstərə bilmədi”.

0
0