“Neftçi” yalnız kağız üzərində güclü komanda deyil” – MÜSAHİBƏ
17.07.2013 - 12:25
“Neftçi” yalnız kağız üzərində güclü komanda deyil” – MÜSAHİBƏ
Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Pero Peyiç vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm komandanın ən sərrast futbolçusu olan xorvatiyalı hücumçu “Neftçi” ilə Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyunlarla bağlı fikirlərini bildirib.

- Siz beynəlxalq oyun təcrübəsi böyük olan futbolçulardan birisiniz. Çempionlar Liqasındakı matçlar nə dərəcədə fərqlənir?
- Bu, həqiqətdir ki, bu oyunlar digər matçlardan fərqlənir. Xüsusən də iş problemin həllinə gələndə. Bu oyunlar çox həssasdır. Biz az səhv buraxanda, büdrəyə bilərsən. Bundan əlavə, ona diqqət yetirməlisən ki, Çempionlar Liqası Avropa Liqasından üzləşdiyin rəqiblərin səviyyəsinə görə çox fərqlənir.

- “Neftçi” ilə ilk oyuna az qalmış komandada həyəcan hiss olunur?
- Belə oyunlarda emosiyaların olmamağı çox çətindir. Sakitliyi saxlamalısan. Ancaq Çempionlar Liqasının himni səslənəndə çox sevincli olmağın aşkardır. Ancaq düzü, şəxsən yalnız mənim üçün yox, bütün komandada çox super motivasiyanı görmüşük. Hamı mümkün olan hər şeyi etməyə hazırdır. Çalışacağıq ki, bu təsnifat mərhələsinin oyunları bizim üçün çətin olmasın.

- İlk oyunda məsələ bitmiş ola bilər?
- Mən əvvəl dediyim kimi, mübarizə 2 oyundan ibarətdir. Heç vaxt hər şey ilk oyunda həll olunmur. Bizi qarşıda çox çətin matç gözlədiyini bilirik. Çünki “Neftçi” yalnız kağız üzərində güclü deyil. O, son illərdə çempionat olan, Azərbaycan birinciliyində əhəmiyyətli dərəcədə hegemonluq edən komandadır. Biz rəqibi ciddi öyrənmişik və baş məşqçimiz Mirel Yosadan müvafiq tapşırıqlar almışıq.

- “Neftçi”nin müdafiəsində problemlərin olmağı siz hücumçuların xeyrinədir?
- Mən həmişə qeyd etmişəm ki, futbol tennis və digərləri kimi fərdi yox, kollektiv idman növüdür. Uğurun əldə olunmağı üçün böyük gücün olmalı və bütün komanda mobilləşməlidir. Əgər bir-birimizə kömək etsək, onda hər şey hamımız üçün asan olacaq.

- Siz belə oyunlara ideal yanaşa bilirsiniz?
- Əlbəttə, hər futbolçunun Çempionlar Liqasında oynamaq arzusudur. Bu, onun müəyyənləşdirmək üçün ideal matçdır. Ancaq bu dəfə daha həyəcanlı oyun olacaq. Mən istərdim ki, bir də vurduğum qol olsun. Əgər komandam rəqib qapısına yol tapsa, bu, mənim üçün ideal matç olacaq.