“Bakı”nın oyununda qalmaqal
17.07.2013 - 12:36
“Bakı”nın oyununda qalmaqal
Avstriyada təlim-məşq toplanışında olan “Bakı” klubunun son oyununda xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, əvvəlki oyunlarda zəif rəqiblər üzərində qələbələri sıralayan təmsilçimizin Serbiya “Donji Srem”i ilə matçı başa çatdırılmayıb.

Bakılıların 1:4 hesabı ilə məğlub olduğu görüş 88-ci dəqiqədə dayandırılıb. Buna səbəb Rauf Əliyev olub. Hücumçu rəqib futbolçu Milasinoviçi itələyib. Əliyev özünü hadisə yerinə çatdıran hakim Manfred Krsniçə qarşı da eyni hərəkət edib. Referi belə münasibətlə üzləşdikdən sonra oyun dayandırılıb. Qalmaqallı görüş isə hələ ilk yarıdan kobudluqla əlamətdar olub. Fasiləyədək Aleksandar Şoliç əvəzlənmək hüququ ilə meydandan qovulub.