“Qarabağ”a qarşı yeni futbolçuların hamısını start heyətində görə bilərik”
17.07.2013 - 12:57
“Qarabağ”a qarşı yeni futbolçuların hamısını start heyətində görə bilərik”
“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Pyast” mövsümlərarası fasilədə transfer etdiyi 6 futbolçudan 4-ü Bakıya gətirib. Apasport.az saytının məlumatına görə, bunlar sol cinah müdafiəçisi Kristofer Korol və Lyubin “Zaqlebiye”sindən alınan Lukaş Hanzel, Kamil Vilçek və Çaba Horvatdır. Beşinçi yeni futbolçu Patrik Dutko debütünü bir qədər gözləməlidir. İspaniyalı Karles Embuena Mark Martines isə vizası olmadığına görə ümumiyyətlə nəzərə alınmır.

“Pyatst”ın rəsmisi Boqdan Vilk yeni futbolçuları oynatmaq üçün aldıqlarını bildirib: “Baş məşqçi heyəti hələ açıqlamayıb. Ancaq tam mümkündür ki, start heyətində demək olar bütün yeni futbolçuları görək. Bu, yaxşıdır, çnki biz onları yalnız skamyada oturtmaq üçün almamışıq”.