Ana Mariya Prodan: O, Azərbaycanda ayına 12 min avro alacaq
17.07.2013 - 13:14
“Saviç hətta “Dinamo”da tibbi müayinədən də keçmişdi. Ancaq o, burda qalmamağa və getməyə qərar verdi”. Apasport.az saytının məlumatına görə, bunu məşhur rumıniyalı futbol meneceri Ana Mariya Prodan deyib.
Buxarest “Dinamo”sunun dünən anlaşdığı futbolçulardan yalnız braziliyalı yarımmüdafiəçi Elton Fiqueyredonun tibbi müayinədən keçməsi, serbəsilli makedoniyalı hücumçu Duşan Saviçin isə sağlıq durumundan keçə bilməməsi Rumıniyada böyük səs-küyə səbəb olub. Buxarest “Dinamo”sunun nümayəndələri idda edir ki, “Volın”dan gələn 27 yaşlı futbolçu tibbi baxışda olub, ancaq burdan uğurla keçməyib.
Mirça Rednikin vaxtında əsasən “Xəzər Lənkəran”a Rumıniya bazarından futbolçu gətirən Prodan isə müştərisini müdafiə edib. Onun sözlərinə Saviç ölkəmizdən təklif alıb: “O, pulu düşünməmişdi. Ona görə də Azərbaycandan təklif almasına baxmayaraq, “Dinamo”nu seçmişdi. Halbuki Duşan Azərbaycanda ayına 12 min avroluq müqavilə təklifi alıb. Çox yaxşı hücumçudur. Liqa 1-də istənilən komandaya kömək edə bilərdi. “Dinamo”nun prezidenti ilə danışıqlar aparmaq çətindir. İstənilən halda, o, Azərbaycana gedəcək və orda bir komanda ilə müqavilə bağlayacaq”.

0
0