Yeni transferi “Neftçi”yə kömək edə bilməyəcək
17.07.2013 - 13:32
Yeni transferi “Neftçi”yə kömək edə bilməyəcək
“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə bugünkü oyunda kamerunlu futbolçu Ernest Nforun xidmətindən yararlana bilməyəcək. Apasport.az saytının məlumatına görə, bakılılar heyətinə cəlb etdiyi 27 yaşlı oyun qurucusunu bu mərhələ üçün sifariş edə bilməyib.

Belə ki, 23 nəfərlik iştirak ərizəsini UEFA-ya ötən həftə göndərən çempionumuz daha 1 oyunçunu matça 1 sutka qalmışadək sifariş edə bilərdi. Ancaq Nforun transfer sənədləri ilə bağlı problemini həllini tapmadığından, bunu gerçəkləşdirmək üçün mümkün olmayıb. Avstriya təlim-məşq toplanışının sonunda yenidən “Neftçi”yə qoşularaq, Drezden “Dinamo”suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyununda qol vuran Nfor hazırda ölkəmizdə deyil. O, son vaxtlar oynadığı Belçikada məsələsinin həlli ilə məşğuldur.

Qeyd edək ki, Ernest Belçikanın yüksək liqa təmsilçisi “Kortriyk”dən gəlib.