Brus Abdulay norveçlilərin təhlükəli futbolçularının adlarını açıqladı
17.07.2013 - 15:50
“Tromse” yaxşı komandadır, ingilis futbolu üslübunda oyun nümayiş etdirirlər. Biz onların oyunlarına baxmışıq. Xüsusilə sol cinah yarımmüdafiəçiləri (Morten Moldskred) və ötən mövsüm ən yaxşı bombardir olmuş hücumçuları (Zdenek Ondraşek) çox təhlükəlidir. Biz əsasən bu futbolçulara diqqət yetirməliyik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in konqolu futbolçusu Brus Abdulaye deyib.
31 yaşlı mərkəz müdafiəçisi Norveçə qələbə dalınca gəldiklərini bildirib: “Biz bu komanda ilə evdə və səfərdə üz-üzə gələcəyik. İmkanımız varsa, burda qələbə qazanmağa çalışacağıq. Avrokuboklar 2 oyundan ibarətdir. Əgər qələbə qazana bilməsək, cavab oyununda lazımi nəticəni qazanıb mərhələ keçməyə çalışacağıq. Biz bura öz oyunumuzu göstərməyə və qələbə qazanmağa gəlmişik”.
Bakıda “Mariehamn”ın 2 futbolçusunu zədələyərək sıradan çıxarması Norveçdə də maraqla qarşılanıb. Bu üzdən Fransa vətəndaşlığı da olan Abdulaydan bu haqda da soruşulub. Afrikalı futbolçunun cavabı belə olub: “Futbolda belə şeylər olur. Mən həmin oyunçulara heç nə etməmişdim və hazırda bu haqda düşünmürəm”.
Qeyd edək ki, “İnter” dünəndən Norveçdə məşq edir. “Bankirlər” sabah bu komanda ilə Bakı vaxtı ilə saat 22:00-da qarşılaşacaq.

0
0