Çətin sınaqlara start
17.07.2013 - 18:00
Sabah Avropa Liqasında II təsnifat mərhələsinin görüşlərinə start veriləcək. Apasport.az saytının xəbərinə görə, ilk mərhələni uğurla keçən hər 3 komandamızı bu dəfə daha çətin sınaq gözləyir.
Belə ki, “Qarabağ” “Pyast”la (Polşa), “İnter” “Tromse” (Norveç) ilə, “Xəzər Lənkəran” isə Hayfa “Makkabi”si ilə qarşılaşacaq.
Əslində, ilk oyunda ağdamlıların işi nisbətən asandır. Düzdür, rəqib bizim üçün arzuolunmaz ölkələrdən - Polşa təmsilçisi olsa da, “Pyast”ın ilk dəfə Avropada çıxış etdiyini nəzərə almaq lazımdır. Özü də Qlivitsa təmsilçisi ötən mövsüm yüksək liqada çıxış edərək, debütü ilində 4-cü yeri və qitə miqyaslı turnirə vəsiqə qazanıb. Üstəlik, “Qarabağ” 2 il öncə Polşanın ən güclü klublarından “Visla”ya hər 2 oyunda qalib gəlməklə, sıradan çıxarıb.
Ağdamlılar rəqibdən məhz Avropa Liqasındakı böyük təcrübəsinə görə üstünlüyündən maksimum istifadə etməlidirlər. Bu mənada çətin Polşa səfərinə qol buraxmadan yollanmağa çalışmaq lazımdır. Çünki polşalıların evdə öz meydanda, çılğın azarkeş dəstəyi qarşısında necə inamlı təsir bağışladığı məlumdur.
“İnter”lə “Xəzər Lənkəran” isə ilk oyunlarını səfərdə, Avropa təcrübəsi böyük olan klublarla keçirəcək. Düzdür, bakılılar püşkə əsasən əvvəlcə meydan sahibi olsalar da, I təsnifat mərhələsində olduğu kimi ilk oyunun yeri dəyişdirildi. Belə ki, “İnter” Finlandiya “Mariehamn”ı əvvəlcə qəbul etməli oldusa, digər Skandinaviya təmsilçisi ilə duelə səfərdə başlamalı olacaq. Bürünc medalçımızın Avropada səfərdə daha yaxşı oynamağı, bundan əvvəlki rəqibi ilə oyunda nəticəni məhz Finlandiyada qazanmağı gələcəyə nikbin baxmağa əsas verir.
Lənkəranlılarsa iki il öncə olduğu kimi, turnirdə yenə İsraildə, yenə “Makkabi” ilə oyuna çıxacaq. Ancaq bu, Təl-Əviv yox, Hayfa “Makkabi”sidir. Düzdür, Təl-Əviv “Makkabi”si daha titullu, köklü klub olsa da, Hayfadakı adaşı ölkəsinin futbol tarixinə düşüb. Bu da Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk və hələlik yeganə İsrail təmsilçisidir. Qrupda evdə “Mançester Yunayted”ə 3:0 hesabı ilə qalib gəlməyi bacaran hayfalılar lənkəranlılarla oyunda aşkar favoritdir. Ancaq bununla belə, bizim vaxtilə məhz bu “Makkabi”dən üstün olduğumuzu unutmamalıyıq.
Söhbət 1999-cu ildə İntertoto kubokunda “Qarabağ”ın tarixi zəfərindən gedir ki, onda Hayfada 2:1 hesabı ilə qalib gələn komandamız evdə uduzsa (0:1) da, səfər qoluna görə cütün qalibi oldu. Bununla da, Azərbaycan ilk dəfə avrokuboklarda mərhələ adladı.
Təbii ki, İsraildəki oyunda nəticədən çox şey asılı olacaq. Təl-Əviv “Makkabi”si cənublulara evdə 3:1 hesabı ilə qalib gəlməklə, mərhələ keçmək vəzifəsini böyük ölçüdə həll etmişdi. Onda lənkəranlılar evdə qalib gəlmək üçün çox çalışsa da, matç qolsuz bərabərliklə nəticələndi. Hayfalılar həmin vaxt Azərbaycan klubuna qarşı saymazyana münasibətin acısını çəkmişdisə, indi də bizə yuxarıdan aşağı baxmağa görə cəzalana bilər. Bu mənada “Xəzər Lənkəran”ın baş məşqçisinin Con Toşak kimi dünyaca məşhur, təcrübəli mütəxəssis olmağı ona daha çox güvənməyimizə əsas verir.
Qeyd edək ki, “Qarabağ”ın ev oyunu saat 21:00-da, “İnter”lə “Xəzər Lənkəran”ın səfər sınaqları 22:00-da başlayacaq.

0
0