“Tavşanlı Linyitspor”un baş məşqçisi: Andrey Popoviç komandamıza güc qatdı
17.07.2013 - 16:44
21 yaşadək futbolçulardan ibarət millimizin qapıçısı Andrey Popoviçin transferi “Tavşanlı Linyitspor”da da yaxşı qarşılanır. Apasport.az saytının məlumatına görə, türk futbolçu statusunda oynayacaq milliləşdirilmiş ukraynalı oyunçu artıq məşqlərə başlayıb.
Kütahya klubunun baş məşqçisi Ümit Ərol Tok da bu transferdən razı görünür. 61 yaşlı çalışdırıcını dinləyək: “Yeni mövsümdə maddi və texniki baxımdan problemi olmayan komanda qurmağı hədəfləmişik. Bu yöndə işlərimizi davam etdiririk. Heyətə ən son cəlb etdiyimiz Andrey və Mehmet Çoğumun da transferi komandamıza güc qatdı. Andrey ilə birlikdə 3 qapıçımız oldu. Mehmet Çoğum da Superliqada oynamış bir futbolçudur”.
Qeyd edək ki, “Tavşanlı Linyitspor”un digər qapıçıları Mətin Ərol və Yavuz Əraydındır.

0
0