“Makkabi” – “Xəzər Lənkəran” oyunu Az.TV-də
17.07.2013 - 17:18
“Makkabi” – “Xəzər Lənkəran” oyunu Az.TV-də
“Xəzər Lənkəran”ın Avropa Liqasının III təsnifat mərhələsində İsraildə “Makkabi” ilə sabah Bakı vaxtilə saat 22:00-da başlayacaq oyunu Az.TV kanalı canlı yayımlanacaq. Bu haqda apasport.az saytına Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O, yayım məsələsinin artıq həll olunduğunu bildirib: “İsraildəki oyunu Az.TV ilə canlı göstərilmək planlaşdırılıb. Biz ilk gündən bu məsələlərlə məşğuluq ki, oyunu televiziya ilə Azərbaycandakı azarkeşlərin diqqətinə çatdıraq”.

Qeyd edək ki, lənkəranlıların I təsnifat mərhələsində Maltada “Slima” ilə 1:1 hesablı bərabərliyə qaldığı oyun “İdman Azərbaycan”la canlı yayımlanmışdı. Bu dəfə həmin telekanal “Qarabağ”ın sabah Polşanın “Pyats” klubu ilə saat 21:00-da Bakıdakı matçı birbaşa göstərəcək.

Mehman SÜLEYMANOV