“Xəzər Lənkəran”da 2 yeni hücumçu?
17.07.2013 - 17:36
“Yeni transferlərlə bağlı real namizədlər var. Onlar 2 nəfərdir, yetərincə güclü futbolçulardır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Onun sözlərinə görə, 2 yeni transfer gerçəkləşdirməyə hazırlaşırlar: “Baş məşqçimizin özünün bəyəndiyi oyunçulardır. Onları Con Toşak seçib. Klubumuzda transfer işləri sırf baş məşqçinin istəyi ilə həyata keçirilir. Həmin 2 futbolçunun 1-in keçidi artıq 90 faiz reallaşıb. Bir neçə detallar qalıb. Lakin ad deyə bilmərəm. Çünki müqavilə imzalanmamış açıqlana bilməz. Onu deyə bilərəm ki, hər ikisi hücum xəttinə gətirilir”.
Nadirov “Vaslui”nun yarımmüdafiəçisi Raul Kostinə konkret təklif göndərilməyi ilə bağlı Rumıniya mətbuatında yazılana və “Neftçi”dən gedən ötən çempionatımızın çilili ən sərrast oyunçusu Nikolas Kanalesin almaq variantına da aydınlıq gətirib: “Vaslui”nin futbolçusunun adı ümumiyyətlə, həmin siyahıda yoxdur. Bu, boş söhbətdir və Rumıniya mətbuatının ciddi olmadığını növbəti dəfə göstərir. Ümumiyyətlə, komandamıza rumıniyalı futbolçunun gəlişindən söhbət gedə bilməz. Kanales isə baş məşqçinin maraq dairəsində deyil. Bizdə transferlərlə bağlı bəlli bir namizəd və potensial namizəd siyahısı var. Orda elə bir futbolçu yoxdur”.
Mehman SÜLEYMANOV

0
0