Qurban Qurbanov: “Pyast”ın hər tipdə futbolçuları var - MÜSAHİBƏ
17.07.2013 - 19:09
Qurban Qurbanov: “Pyast”ın hər tipdə futbolçuları var - MÜSAHİBƏ
Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, ağdamlıların çalışdırıcısı ilk olaraq Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Pyast” klubu ilə sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəkləri oyuna hazırlıqdan danışıb.

- Yaxşı rəqibə qarşı oynayacağıq. Hərçənd ilk dəfə Avropada oynayırlar. Çox oyunlarını izlədik. “Pyast” mobil komandadır. Hər tipdə oyunçuları var. İstədiyimiz kimi oyunu qura bilməsək, çətinliklə üzləşə bilərik. Rəqib meydanın hər yerində pressinq edir. Fikrimcə, düzgün oyun quracağıq. Maksimum çalışmalıyıq ki, burda yaxşı nəticə əldə edək. Futbolçular tam hazırdırlar, motivasiya olunublar.

- “Pyast”ın Avropa təcrübəsi yoxdur. Onu “Visla”nı gününə sala biləcəksiniz?
- Fərqli komandalardır. “Visla” ilə hər 2 matçda oyunumuz alınmışdı. İstəyirik ki, bu mərhələni keçək. Bilirik ki, qalib 2 oyunun nəticəsinə görə müəyyənləşəcək.

- Polşalılar daha çox evdə savab oyununa ümid bəsləyir. Ola bilər ki, ilk dəqiqələrdən erkən qol vurub, böyük hesablı qazanaq?
- Hər şey cavab oyununda bilinir. Mən deməzdim ki, ilk oyunda hər şey həll olunacaq. Bakıda nəticədən asılı olmayaraq mərhələ adlamaq bir şey demək olmaz. “Pyast”ın çılğın azarkeşləri, həyəcanlı stadionları var. Azarkeşləri əlavə güc verir və 90-cı dəqiqədə qalib gəlmələri olur. Yəqin, bunu nəzərə alaraq, evdəki oyunun daha asan olduğunu deyirlər. Ancaq biz ilk oyunda rəqibi daha yaxşı tanıyacağımızdan, Polşada bizə asan olacaq.

- Polşalılar fiziki cəhətdən güclüdür. “Qarabağ”ın 90 dəqiqəyə fiziki hazırlığa gücü çatacaq?
- Futbolda fiziki, texniki, taktiki hazırlıq bir-birinə bağlıdır. Ancaq Avropada get-gedə tək fizikaya üstünlük verən komanda yoxdur. İnanmıram ki, bizi fiziki cəhətdən onlara məğlub olaq. Sadəcə, polşalıların həddindən artıq iri futbolçuları var. “Pyast” bu baxımdan standart vəziyyətlərdə üstələyə bilər.

- Polşalılar oyundan öncə bir çox şeylərdən qorxdular. Bu, sizə necə təsir etdi?
- Normal. Hər şeyə uyğunlaşmalıyıq. Bir çox komandalar öz aşpazlarını aparırlar. Biz öz xalqımızı tanıyırıqsa, başqasının deməyi bir o qədər təsir etməməlidir.

- Əsas heyəti özünüz üçün müəyyənləşdirmisiniz?
- Bəli. İnşallah, orucluq oyuna təsir etməməlidir.

- Ümidləri doğrultmayan Gelaşvilini yerinə qol vuran Leroy arasında seçim edəcəksiniz?
- Bunu sabah oyundan öncə deyərəm (gülür). Heyətdə ciddi dəyişiklik olmayacaq. Sizdən fərqli Gelaşvili mənim ümidlərimi doğrultdu. On qol çatmadı. İnşallah, bunu növbəti oyunlarda vurar.

Mehman SÜLEYMANOV