“Makkabi”nin baş məşqçisi: Toşaka hörmət etmək lazımdır
17.07.2013 - 23:03
“Sabah Avropa Liqasında ilk addımımızı atacağıq və ümid edirəm ki, bu, avrokuboklarda uzun yol olacaq. Hazırlıq prosesində çox çalışmışıq. Lakin tam gücümüzü toplaya bilməmişik. Bu, bizim üçün asan olmayacaq. Amma azərbaycanlılarla oyunda komandama inanıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrailin “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado deyib.
O, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran”la görüşdən əvvəl ötən gün mətbuat konfransı keçirib.
Benado bildirib ki, cənubluların baş məşqçisi Con Toşaka hörmət etmək lazımdır: “Rəqibi öyrənmişik. Onları video vasitəsi ilə izləmişik. Futbolçularım Avropa Liqasındakı çıxışımızın özəlliyini başa düşürlər. Növbəti mərhələyə keçmək üçün əlimizdən gələn hər şey edəcəyik. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropada yüksək səviyyəli çalışdırıcıdır. Onun təcrübəsi çoxdur. Toşak Madrid “Real”ında işləyib və bunun üzərindən də çox vaxt keçib. Amma ona yenə də hörmət etmək lazımdır”.
Qeyd edək ki, "Makkabi" - "Xəzər Lənkəran" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

0
0