“Neftçi” rəqibindən üstündür
18.07.2013 - 04:07
“Neftçi” rəqibindən üstündür
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” - “Skenderbeu” oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşma ərzində qeydə alınan göstəriciləri hesablayıb.

8-ci km qəsəbə stadionunda 0:0 hesablı başa çatan qarşılaşmada qapıya zərbələrdə flaqman rəqibindən daha üstündür. Baş məşqçi Böyükağa Hacıyevin yetirmələrinin 15 zərbəsinə qonaqlar 7 topla cavab verib. Qeyri-dəqiq zərbələr isə eynidir – 5:5.

“Neftçi”
“Skenderbeu”
0
Qol
0
15
Çərçivəyə zərbə
7
5
Qeyri-dəqiq zərbə
5
8
Künc zərbələri
3
2
Oyundankənar vəziyyətlər
6
16
Qayda pozuntuları
15
4
Sarı vərəqələr
4
0
Qırmızı vərəqələr
0