“İnter” “Tromse”yə uduzdu
18.07.2013 - 22:49
“İnter” “Tromse”yə uduzdu
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçimiz “İnter” səfərdə “Tromse”nin qonağı olub.

I təsnifat mərhələsində Finlandiya “Mariehamn”ını turnirdən uzaqlaşdıran baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə də sərfəli nəticə qazanmaq əzmində idi.

Tromse şəhərinin “Alfheym” stadionunda baş tutan oyunda meydan sahibləri inamlı qələbə qazanıb. Ukraynalı referi Yuri Mojarovskinin idarə etdiyi matçda hər hissədə bir dəfə fərqlənən norveçlilər meydandan 2:0 hesablı qalib ayrılıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Bakıda keçiriləcək.

Avropa Liqası
II təsnifat mərhələsi (ilk oyunlar)
18 iyul

“Tromse” (Norveç) – “İnter” (AZƏRBAYCAN) - 2:0
QOLLAR: Zdenek Ondraşek, 43, Maqnus Andersen, 63
Tromse. “Alfheym” stadionu
Baş hakim: Yuri Mojarovski (Ukrayna)

TROMSE: 1. Markus Salman, 3. Yaroslav Foyut, 7. Miika Koppinen (k), 14. Hans Norbye, 8. Tomas Bendiksen, 10. Tomas Draq, 15. Maqnus Andersen, 17. Remi Yohansen, 18. Yoş Pritkard, 4. Ruben Kristiansen, 13. Zdenek Ondraşek.
Ehtiyat oyunçular: 27. Benni Lekstöm, 6. Adnan Kauseviç, 16. Lars Yonsen, 19.Uilyam Frantzen, 5. Morten Moldskred, 21. Veqard Losvoll, 28. Aleksandr Priyoviç.
Baş məşqçi: Aqnar Kristensen

İNTER: 1. Georgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 33. Matiya Şpiçiç, 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 47. Abdulla Abatsiyev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 15. Joao Paulo Dantas, 10. Daniel Genov, 14. İlqar Ələkbərov, 21. Arif Daşdəmirov, 6. Samir Zərgərov, 17. Ramil Mansurov.
Baş məşqçi: Kaxaber Sxadadze

Oyun başladı.
Rəqib komandanın oyunçuları Aleksandr İaşvilinin qarşısını kobudluqla kəsdi.
Təmsilçimiz hücum qurmağa çalışır.
Draq cərmə zərbəsini yerinə yetirir.
“İnter” qol arayışındadır.
Abdulla Abatsiyev hədəfi qaçırır.
Matiya Şpiçiç rəqibə qarşı kobudluq etdi.
Hakim Yaroslav Foyutu sarı vərəqə ilə cəzalandırdı.
Təmsilçimiz küncdən zərbəni yerinə yetirir.
Meydan sahibləri hesabı açmağa yaxın oldu, lakin təmsilçimiz buna imkan vermədi.
Mikel Alvaro hədəfi qaşırdı.
İaşvili künc zərbəsini yerinə yetirdi.
Təmsilçimizin futbolçusu hədəfdən yaındı.
42-ci dəqiqədə hakim Cavadovu sarı vərəqə ilə cəzalandırdı.
Rəqib hesabı açdı.
İlk hissə baş çatdı.

Fasilə.

İkinci hissə başladı.
İvan Benites rəqibə qarşı kobudluq etdi.
Təmsilçimiz küncdən zərbəni yerinə yetirir.
“İnter”in hücumu qolla reallaşmadı.
“Tromse” fərqi artırdı.
Kristiansen İaşviliyə qarşı kobudluq etdi.
Mikel Alvaro hədəfi qaçırdı.
Əmircanov Kristiansenə qarşsınıı kobudluqla kəsdi.
76-cı dəqiqədə Daniel Genov Abdulla Abatsiyevin, 78-ci dəqiqədə isə Samir Zərgərov Vaqif Cavadovun yerinə meydanana daxil oldu.
Alvaronun zərbəsi yenə dəqiq olmadı.
Genov rəqibə qarşı kobudluqla oynadı.
90+2-ci dəqiqədə hakim Əmircanovu sarı vərəqə ilə cəzalandırdı.
Oyunun son dəqiqələrində təmsilçimiz fərqlənməyə yaxın oldu.
Matç başa çatdı. “İnter” 2:0 hesabı ilə məğlub oldu.