“Qarabağ”ın oyununda 5 polşalı azarkeş
18.07.2013 - 09:20
 “Qarabağ”ın oyununda 5 polşalı azarkeş
Avropa Liqasının bu gün keçiriləcək “Qarabağ” – “Pyast” (Polşa) oyununda qonaq komandanın da azarkeşləri olacaq. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin ilk görüşünü izləmək üçün 5 polşalı azarkeş Bakıya gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada Qlivitsa təmsilçisinə dəstək olacaq 5 fanat klubla birlikdə gəlib. Onların hər biri bu səfər üçün 800 avrosundan keçib.