“Xəzər Lənkəran” Bakıya qayıtmır
18.07.2013 - 09:47
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununu çərçivəsində bu gün Hayfada yerli “Makkabi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” Vətənə oyundan bir gün qayıdacaq. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar” İsrail təmsilçisi ilə yerli vaxtla 20:00-da başlayacaq qarşılaşmadan sonra məskunlaşdığı “Dan Panorama” otelinə dönəcək. İyulun 19-da səhər saatlarında isə cənub təmsilçisi çarter reysilə birabaşa paytaxt Bakıya deyil, Lənkərana uçacaq.
0
0