“Neftçi”nin həsrəti 6-ya çatdı
18.07.2013 - 10:14
“Neftçi”nin həsrəti 6-ya çatdı
Bakının “Neftçi” klubu ev oyunlarında qələbəsizlik sindromuna tutulub. Apasport.az saytının məlumatına görə, bir vaxtlar ev komandası kimi tanınan “ağ-qaralar” ardıcıl 6 oyundur öz meydanında qalib gələ bilmir.

Böyükağa Hacıyevin yetirmələri sonuncu dəfə ötən il iyulun 17-də “Zestafoni” (Gürcüstan) ni 3:0 hesabı ilə darmadağın edib. Bu qələbənin 1 illiyi tamam olan gün Albaniya “Skenderbeu”su ilə qolsuz heç-heçə edən paytaxt təmsilçisi gürcüstanlılarla görüşdən sonra qələbə həsrəti yaşayır. Bu müddətdə 4 heç-heçəsi olan çempionumuz 2 dəfə məğlub olub.

“Neftçi”nin son 6 ev oyunu
“Neftçi” - “Hapoel” (Kiryat-Şmona, İsrail) - 2:2
23 avqust 2012. “Neftçi” – APOEL (Kipr) - 1:1
4 oktyabr 2012. “Neftçi” – “İnter” (İtaliya) - 1:3
8 noyabr 2012. “Neftçi” - “Rubin“ (Rusiya) - 0:1
22 noyabr 2012. “Neftçi” - “Partizan” (Serbiya) - 1:1
17 iyul 2013. “Neftçi” – “Skenderbeu” (Albaniya) – 0:0