Millimiz Ukrayna ilə heç-heçə etdi - YENİLƏNİB
18.07.2013 - 18:50
Millimiz Ukrayna ilə heç-heçə etdi - YENİLƏNİB
İyulun 10-dan Qəbələdə hazırlıq keçən 19 yaşadək futbolçulardan ibarət millimiz burda 3-cü oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Patrisiya Qonzalesin yetirmələri yenə Ukraynanın qızlardan ibarət U-19-nu sınağa çəkib.

2 gün əvvəl rəqibini məğlub edən (3:2) yığmamız bu dəfə ukraynalıların müqaviməti ilə üzləşib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, U-19 iyulun 11-də 17 yaşadək qızlarımıza uduzub.

Yoldaşlıq oyunu
AZƏRBAYCAN – Ukrayna – 2:2
Qəbələ