Rusiyalı futbolçu “Sumqayıt”la müqavilə bağladı
18.07.2013 - 11:22
"Sumqayıt" 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm gənclik şəhəri təmsilçisində icarə əsasında oynamış Məhəmməd Mirzəbəyov artıq "Sumqayıt"a məxsusdur.
Belə ki, 23 yaşlı müdafiəçi klubla 2 illik müqavilə imzalayıb. Məhəmməd bugündən komandanın Gürcüstandakı təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, Məhəmməd Mirzəbəyov ötən mövsümdə Topaz Premyer Liqasında ümumilikdə 28 oyunda meydana çıxıb (2060 dəqiqə) və 1 qol vurub. O buna qədər Rusiyanın “Anji” klubuna məxsus idi.

0
0