“Bucaspor” azərbaycanlı futbolçu ilə müqavilə bağladı - FOTO
18.07.2013 - 11:47
“Bucaspor” azərbaycanlı futbolçu ilə müqavilə bağladı - FOTO
Ufuk Budak, Cihan Özkara, Arif İsayev, Saşa Yunisoğlu, Branimir Subaşiç, Andrey Popoviçin ardından daha bir futbolçumuzun Türkiyədə çıxış edəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin 1-ci dəstəsində oynayacaq son 4 futbolçunun sırasına Ramal Hüseynov da əlavə olunub.

Belə ki, bir müddətdir ki, “Bucaspor”da baxışda olan Ramal İzmir klubu ilə dünən müqavilə bağlayıb. Bu, Türkiyə klubunun xaricdən etdiyi ilk transfer olub. Klubun ofisində baş tutan imza mərasimindən sonra 28 yaşlı futbolçu bunları deyib: “Bucaspor”a gəldiyim üçün çox xoşbəxtəm. Bu klubun uğuru üçün əlimdən gələn hər şeyi edəcəyəm, hər 2 tərəf üçün xeyirlisi olsun”.

Qeyd edək ki, Futbola 1998-ci ildə Qusarın “Şahdağ” klubunda başlayan Ramal Hüseynov 2008/09 mövsümünün ikinci yarısında Rəşad Sadıqovla birgə Superliqada - “Kocaelispor”da çıxış edib.