Finlandiyalı kapitan: “Qarabağ”a “Rusenborq”u yenə bildiyi üçün tərif düşür
18.07.2013 - 12:51
“Mən “Rusenborq”un “Qarabağ”la oyununa baxmışdım. Onda bu komandanın pis vaxtları idi. Bununla belə, “Qarabağ”a “Rusenborq” kimi komandanı sıradan çıxara bildiyi üçün tərif düşür”. Apasport.az saytının məlumatına görə, bunu “Tromsö”nün finlandiyalı kapitanı Miika Koppinen deyib.
35 yaşlı mərkəz müdafiəçisi 2005-2007-ci illər ərzində Norveçin “Rusenborq” klubunda çıxış edib. Bu üzdən o, 2009-cu ildə bu klubun “Qarabağ” tərəfindən sensasion şəkildə çıxarılmasını xatırlayıb. 13 ildir ki, Norveçdə legioner karyerası yaşayan Koppinen millimizlə oyunlardan da danışıb: “Mən Azərbaycan yığmasına qarşı Finlandiyanın heyətində oynamışam və biz həmin oyunda qələbə qazanmışdıq. Ümumiyyətlə, Azərbaycan millisi ilə oyunlarım zamanı biz uduzmamışıq”.

0
0