Sabien Lilay: Azarkeşlərimizin dəstəyi ilə mərhələni adlayacağıq
18.07.2013 - 14:15
“Neftçi” ilə Bakıdakı matç çox yorucu oldu. Bütün futbolçularımız 90 dəqiqə döyüşdülər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun futbolçusu Sabien Lilay deyib.
Futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə keçirilən ilk oyunundakı qolsuz heç-heçədən sonra matç haqda fikirlərini açıqlayıb: “Layiq olduğumuz və meydanda göstərdiyimizin nəticəsini əldə etdik. Lakin bu nəticə bizi arxayınlaşmağa qoymamalıdır. Bir həftədən sonra bizi çox çətin qarşılaşma gözləyir. Mən cavab oyununda da Bakıdakı kimi oynamalıyam. Düşünürəm ki, azarkeşlərimizin dəstəyi ilə mərhələni adlayacağıq. Əlbəttə ki, ən çətin iş uğurla başa çatdırılıb. Biz ilk oyuna qədərki ilə müqayisədə növbəti mərhələyə daha yaxınıq. Lakin meydana çıxıb bu işi yekunlaşdırmalıyıq. Hələ mərhələ keçilməyib. Şanslar isə 50-nin 50-yədir”.

0
0