“İnter”ə meydançanın mərkəzində ağalıq etməyə imkan verməməliyik”
18.07.2013 - 13:38
“İnter”ə meydançanın mərkəzində ağalıq etməyə imkan verməməliyik”
“İnter”in çox təcrübəli qapıçısı var. Bundan başqa, onlarda öz oyun üslubu ilə seçilən çox güclü afrikalı müdafiəçi (Brus Abdulay) oynayır. Fikrimcə, “5” nömrə (Slavço Georgievski) də yaxşı yarımmüdafiəçidir”. Apasport.az saytının məlumatına görə, bunu “Tromsö”nün baş məşqçisi Aqnar Kristensen deyib.

44 yaşlı çalışdırıcı “İnter”lə oyundan öncə “bankirlər”in “Mariehamn”la matçlarını diqqətlə izlədiklərini bildirib. Bu ildən Norveç klubunun baş məşqçisi vəzifəsində çalışan Kristensen rəqibin 3 oyunçusunu tərifləyib.

Bundan sonra norveçli məşqçi “İnter”i yenməyin üsulundan danışıb: “İnter” 4-2-3-1 sistemi ilə oynayır. Oyunda böyük ərazi üstünlüyünə yiyələnmək üçün rəqib futbolçulara qarşı fərdi qaydada oynamaq lazımdır. Biz mümkün qədər onlara meydançanın mərkəzində ağalıq etməyə imkan verməməliyik”.