“Qarabağ” “Metallurq”la oyunlarda əsl gücünü göstərməyib”
18.07.2013 - 13:56
“Qarabağ” “Metallurq”la oyunlarda əsl gücünü göstərməyib”
“Qarabağ” təcrübəli komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Pyast” klubunun məşqçisi Dariuş Dudek deyib. Avropa miqyaslı turnirlərdə debütünü bu gün Bakıda gerçəkləşdirəcək rəqibin çalışdırıcısı qonağı olacaqları “Qarabağ”a növbəti qiymətini verib.

Məşhur polşalı qapıçı İrji Dudekin fikrincə, qardaşı ağdamlıların I təsnifat mərhələsində “Metallurq”a 1:0 hesabı ilə qalib gəldiyi oyunlarda əsl gücünü göstərməyib: “Rəqibimiz həmin matçlarda öz ən yaxşı xüsusiyyətlərini göstərmədi. Siz onu daha güclü rəqiblə oyunda görə bilərsiniz. Onda istəyinə çatmaq üçün az enerji sərf edə bilməyəcəksən”.