“Qarabağ”la Bakıdakı oyunda müdafiədə oturmaq fikrində deyilik”
18.07.2013 - 14:37
“Bakıda müsbət nəticə əldə etmək istəyirik. Biz “Qarabağ”la səfər oyununda müdafiədən oturmaq fikrində deyilik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşanın “Pyast” klubunun futbolçusu Tomaş Podqorski deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda bu gün “Qarabağ”la Tofiq Bəhramov adına Respublika stadionunda üzləşəcək rəqibin yarımmüdafiəçisi yalnız müdafiəyə diqqət yetirməyi düzgün saymır: “Bizim daha çox müdafiə olunmağımız rəqibə üstünlük verir. Buna görə diqqətli olmalıyıq. Ancaq biz əlimizi yana salmayacağıq. Liqada olduğu kimi, açıq futbol oynayıb, irəli gedəcəyik. Ümid edək ki, bu, bizə fayda verəcək”.

0
0