Mahir Şükürov: Albaniyadakı matçda onu söz verə bilərik ki...
18.07.2013 - 15:37
Mahir Şükürov: Albaniyadakı matçda onu söz verə bilərik ki...
“Bu rəqibi uda bilərdik. Şanslarımız da çox idi. Sadəcə olaraq, bəxtimiz gətirmədi, top qapıdan içəri keçmədi”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə Bakıda 0:0 hesabı ilə nəticələnən oyunda 90 dəqiqə müdafiənin sağ cinahında yer alan Şükürov stadiona toplaşana azarkeşləri sevindirə bilmədiklərinə görə üzüldüyünü bildirib: “Bütün azarkeşlərimizə, başda Bəhram Bağırzadə olmaqla minnətdarlığımı bildirirəm ki, gəlib bizi dəstəklədilər. Həqiqətən o, bu gün stadionda idi. Mənim özümə də xoş oldu ki, Bəhram kimi adam gəlib bizə dəstək oldu. Düzdür, qol vurub onları sevindirə bilmədik, buna görə məyusuq. Ancaq bizdən ümidlərini üzməsinlər. Hələ səfərdə oyunumuz var. İnşallah, ordan qalib ayrılacağıq”.

Millimizin da üzvü olan 31 yaşlı futbolçu Albaniyanın Korça şəhərində iyulun 23-də baş tutacaq cavab oyununda lazımi nəticəni qazanmaq üçün hər şey edəcəklərini bildirib: “Futbolda qələbə qazanmaq üçün 100 faizli söz yoxdur. Ancaq söz verə bilərik ki, öz adımıza, klub prezidentinin başını uca etməyə görə orda sərfəli nəticə qazanmağa çalışacağıq”.

Səbuhi TOFİQOĞLU