“Neftçi”nin Albaniyaya səfər vaxtı müəyyənləşib
18.07.2013 - 16:00
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsini cavab oyununu keçirmək üçün Albaniyaya səfər vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çempionumuz Bakıda qolsuz bərabərliyə qaldığı “Skenderbeu” ilə səfər matçına 1 gün öncə - iyulun 22-də yollanacaq. Komandanın çarter yox, adi reyslə gedişi nəzərdə tutulub.
Sabah məşqlərini bərpa edəcək “Neftçi” səfərə çıxanadək Bakıda hazırlaşacaq. Komanda son məşqçini Korçaya çatandan sonra – axşam saatlarında matç keçiriləcək “Skenderbeu” stadionunda keçirəcək.
Qeyd edək ki, Albaniyada iyulun 23-də oyun Bakı vaxtilə saat 23:00-da başlayacaq.

0
0