Son rəqib “Quriya” oldu
18.07.2013 - 16:57
Son rəqib “Quriya” oldu
“Sumqayıt”ın Gürcüstandakı təlim-məşq toplanışında son yoxlama oyununda rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komanda Batumidəki hazırlığını iyulun 23-də “Quriya” ilə matçla başa vuracaq. SSRİ çempionatında güclülər dəstəsində oynayan, hazırda isə Gürcüstanın I liqasında çıxış edən Lançxuti təmsilçisi ilə oyun Bakı vaxtilə saat 19:00-da başlayacaq. Sumqayıtlılar matçın ertəsi Bakıya qayıdacaq.

Aqil Məmmədovun yetirmələri növbəti oyununu iyulun 20-də həmin saatda Gürcüstanın yüksək liqa klubu “Merani” ilə keçirəcək. İlk oyunda isə I dəstə təmsilçisi “Mertsxali” üzərində 3:0 hesablı qələbə qazanılıb.