“Simurq” ayaq tennisi oynadı - FOTOLAR
18.07.2013 - 16:46
“Simurq” ayaq tennisi oynadı - FOTOLAR
Yeni mövsümə hazırlıqları Avstriyada davam etdirən "Simurq" dünən bir məşqə çıxıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Olimpiakos"la yoxlama görüşündən sonrakı hazırlıq bərpaedici xarakter daşıyıb.

Fitness zalda başlayan məşq prosesi daha sonra komandanın məskunlaşdığı “Kayzer” otelinin meydançasında davam edib. Yoxlama görüşündə 90 dəqiqə forma geyinmiş futbolçular uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra ayaq tennisi oynayıb. Digərləri isə 2 qrupa bölünərək kiçik qapılarda ikitərəfli futbol oynayıb. Bundan sonra məşq tamamlanıb və məşqçilər korpusu yetirmələrinə istirahət verib.

Qeyd edək ki, "Simurq" təlim-məşq prosesinin proqramına uyğun olaraq 1 məşqə çıxıb, 1 məşq isə axşam saatlarında olacaq.