Əziz Yıldırım: “Fənərbaxça” Çempionlar Liqasında oynaya biləcək
18.07.2013 - 17:02
UEFA bayrağı altında keçirilən turnirlərdən 2 illik kənarlaşdırılan Türkiyənin “Fənərbaxça” klubu xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, prezident Əziz Yıldırım bu gün öz klubunun televiziyasının canlı yayımında Çempionlar Liqasında iştirak edə və bunun nəticəsi kimi sabah III təsnifat mərhələsinin püşkünə qatıla biləcəklərini bildirib.
Yıldırım bildirib ki, Lozannadakı İdman Arbitraj Məhkəməsi onların UEFA-nın qərarının dayandırılmağı ilə bağlı şikayətini müsbət cavablayıb. Bununla da 2 illik cəza qüvvədən düşür və komanda 2013/14 mövsümündə Avropanın ən nüfuzlu turnirində oynayacaq. Prezident həmçinin komandanın tam bəraətinə nail olacağına və qrup mərhələsində iştirak edəcəklərinə söz verib.
Sabah keçiriləcək püşkatmada səpələnmişlər arasında olan “Fənər”in potensial rəqibləri PAOK (Yunanıstan), “Zulte-Varegem” (Belçika), “Zalsburq” (Avstriya), “Nordşelland” (Danimarka) və “Qrasshopers”dir (İsveçrə).
Qeyd edək ki, Türkiyədə danışılmış oyunlara görə cəzalandırılan “Fənər” iyulun 21-də “Xəzər Lənkəran”la Lənkəranda yoldaşlıq görüşü keçirəcək.

0
0