Millimizin sabiq üzvü turnirdə iştirak edəcək
18.07.2013 - 17:15
 Millimizin sabiq üzvü turnirdə iştirak edəcək
Ramal Hüseynovun dünən müqavilə imzaladığı “Bucaspor” İzmirdə təşkil olunacaq Türkiyə Spor Yazarları Dərnəyinin şərəfinə keçirilən ənənəvi turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, TSYD kubokunun matçları avqustun 4-dən 8-dək olan müddətdə keçiriləcək.

Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə İqor Ponomaryovun baş məşqçiliyi dövründə ilk dəfə millimizə də çağırılıb.