Rahid Əmirquliyev: Hayfaya uduzmağa gəlməmişik
18.07.2013 - 20:18
Rahid Əmirquliyev: Hayfaya uduzmağa gəlməmişik
“Rəqibin güclü olduğunu bilirik. 100 yaşlı komandaya qarşı mübarizə aparacağıq. Avrokuboklarda böyük təcrübəyə malikdirlər”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.

Cənub təmsilçisi az sonra Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Hayfa “Makkabi”si ilə ilk oyuna çıxacaq. Görüşdən öncə fikirlərini bildirən Əmirquliyev komandasının yaxşı nəticə qazanacağına ümid edir: “Makkabi”nin oyununa baxmışıq. Hansısa futbolçusunu fərqləndirməzdim. Onlar komanda kimi güclüdü. Bununla belə, biz də öz oyunumuzu göstərəcəyik. Biz Hayfaya uduzmağa gəlməmişik. Yaxşı nəticə qazanmağa çalışacağıq”.