Marçin Broş: “Qarabağ”la oyunda hesabdan razı qaldım
18.07.2013 - 23:21
Marçin Broş: “Qarabağ”la oyunda hesabdan razı qaldım
“Oyun planlaşdırıldığı kimi başladı. Ancaq “Qarabağ”ın bəzi futbolçuların texniki cəhətdən ustalığı öz sözünü dedi. Buna görə oyunu apara bilmədik. Ancaq hesabdan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Pyast” klubunun baş məşqçisi Marçin Broş deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsində bu gün “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Real hesab odur ki, uduzduq. Biz bu hesabla razılaşırıq. Gələn oyuna hazırlaşacağıq. Əvvəla, “Qarabağ”a qonaqpərvərliyə minnətdarlıq edirəm. Burda olduğumuz müddətdə sağlıq, başqa heç bir problem oldu. Biz də “Qarabağ” gələn həftə Polşaya gələndə eyni qonaqpərvərliyi göstərməyi özümüz borc bilirik”.

Onun sözlərinə görə, əvvəlcədən oyunlar gələn matçlara təsir etməyəcək: “Qarabağ”ın 2 il öncə “Visla”nı udmağı bizə təsir etməyəcək. 1 həftə yetərli vaxtıdır və nəyi düzəltməyin lazım olduğunu bilirik. “Qarabağ”da konkret futbolçu adını çəkmək istəməzdim. Rəqib komanda şəklində gözəl oynadı. Gələn həftə evdə keçirəcəyimiz oyuna konsentrasiya olunur. Ümid edirik ki, orda yaxşı nəticə əldə edəcəyik”.