Alvaro Silva “Xəzər Lənkəran”dan ayrıldı
18.07.2013 - 23:39
Alvaro Silva “Xəzər Lənkəran”dan ayrıldı
“Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) ilə İsraildəki oyunundan dərhal sonra İspaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, buna səbəb müdafiəçinin övladının dünyaya gəlməsidir.

Komandanın baş məşqçisi Con Toşakdan icazə alaraq vətəninə yollanan Alvaro iyulun 25-də baş tutacaq cavab oyununadək Lənkərana qayıdacaq. İspaniyalı legioner iyulun 21-də Türkiyənin “Fənərbaxça” klubu ilə yoldaşlıq oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” Hayfada “Makkabi”yə 0:2 hesabı ilə uduzub.