Evdə 30-cu qələbə
19.07.2013 - 00:54
Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının II təsnifat mərhələsinin Polşa “Pyast”ı ilə ilk oyunu Azərbaycan futbolu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təmsilçimizin 2:1 hesablı qələbə qazanması ilə klublarımızın avrokuboklardakı ev qələbələrinin sayı 30-a çatıb.
Yubiley qələbəsi 91-ci matçda əldə olunub. Təmsilçilərimiz öz meydanlarında 27 heç-heçə edib və 34 dəfə uduzub. Bu görüşlərdəki 86 qolumuza qonaqlar 107 dəfə cavab verib.
Komandalarımızın ilk ev qələbəsi 1996-cı ilə təsadüf edib. Həmin vaxt “Neftçi” Bolqarıstanın “Lokomotiv” (Sofiya) klubunu 2:1 hesabı ilə yenib. “Neftçi” ən çox ev qələbəsi qazanan komandadır – 10. “Qarabağ”ın 8, “Bakı” ilə “İnter”in hərəyə 3 qələbəsi var. “Xəzər Lənkəran”, “Şəmkir”, “Kəpəz”, “Karvan”, “MKT-Araz” və “bakı” fəhləsi pz meydanında 1 dəfə sevinib.

0
0