60-cı məğlubiyyət
19.07.2013 - 01:27
Avropa Liqasının II təsnifat mərhələsinin təmsilçilərimizin iştirakı ilə Norveç və İsraildə keçirilən oyunları daha 2 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “İnter”in Skandinaviyada “Tromse”, “Xəzər Lənkəran”ın Hayfada “Makkabi” ilə görüşləri eyni vaxtda başladığından yubileylər şərikli olub.
Belə ki, bu günədək 89 səfər matçı keçirən təmsilçilərimiz avrokuboklarda 90-cı və 91-ci dəfə rəqib meydanına çıxdı. Hansı qarşılaşmanın 90-cı olduğunu müəyyənləşdirmək mümkün olmadığı kimi bu matçlara təsadüf edən 60-cı məğlubiyyətin müəllifi də bilinmir. Bu günədək 59 səfər yenilgisi olan təmsilçilərimiz hər 2 matçda eyni 0:2 hesabına üzüldüyündən bu rəqəm 60-a çatıb.
Qeyd edək ki, 91 səfər matçında 60 yenilgi ilə yanaşı, 15 qələbə və 16 heç-heçəmiz də var. “Neftçi” hamıdan çox – 15 dəfə səfərdə uduzub.

0
0