Millimizin üzvü debüt edə bilmədi
19.07.2013 - 02:00
Millimizin üzvü debüt edə bilmədi
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” birbaşa bu mərhələdən mübarizəyə qoşulub.

Səfərdə Serbiya “Yaqodina”sını 2:3 hesabı ilə məğlub edən Kazan klubunun “18-liy”ində təmsilçimiz də yer alıb. Lakin baş məşqçi Qurban Berdiyev ona bu mövsüm Avropa Liqasında debüt etməsinə şans verməyib. Abışov oyunu sona qədər ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 25-də keçiriləcək.