“Qarabağ” ofsayda düşmədi
19.07.2013 - 02:22
“Qarabağ” ofsayda düşmədi
Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” - “Pyast” oyununun statistik göstəriciləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşma ərzində qeydə alınan göstəriciləri hesablayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda təmsilçimiz qapıya 6 zərbə endirib. Polşa klubunu 2:1 hesabı ilə məğlub edən ağdamlıların çərçivəyə zərbə vurmaları da rəqibindən daha üstündür.

Belə ki, qonaqlar baş məşqçi Qurban Qurbanovun 6 zərbəsindən 3-nə cavab verməyi bacarıb. Qeyri-dəqiq zərbələrdə də “Qarabağ” “Pyast”dan üstünlüyü isə seçilib – 10:3.

Maraqlıdır ki, komandamız oyun ərzində bir dəfə də olsun ofsayda düşməyib.

Qeyd edək ki, “Qarabağ”ın heyətində Riçard Almeyda və Reynaldo fərqlənib. “Pyast”ın yeganə qoluna isə Marçin Robak imza atıb.


Qarabağ
Pyast
2
Qol
1
6
Çərçivəyə zərbə
3
10
Qeyri-dəqiq zərbə
3
2
Künc zərbələri
2
0
Oyundankənar vəziyyətlər
5
14
Qayda pozuntuları
16
2
Sarı vərəqələr
1
0
Qırmızı vərəqələr
0