200-cü qol
19.07.2013 - 03:01
Azərbaycan klubları avrokuboklardakı səfər oyunlarında 200-cü qolunu buraxıb. Apasport.az saytının məlumatına görə, bu top Avropa Liqasının II təsnifat mərhələsinin Norveçdə baş tutan “Tromse” – “İnter” oyununda qeydə alınıb.
Hesabı açan Zdenek Ondraşek Azərbaycan klubların rəqib meydanlarında məyus edən yubiley topunun müəllifi olub. Bu günədək 198 top buraxan təmsilçilərimiz 199-cu qolu İsraildə buraxdıqdan sonra Zdenek 2-ci “yüzlüy”ü tamamlayıb.
Qeyd edək ki, “Neftçi” hamıdan çox – 54, “Qarabağ” 37, “Bakı” 23 dəfə rəqib meydanında qol buraxıb. Ən çox qolu isə klublarımız Polşada buraxıb – 33.

0
0