“Bakı”nın heyətində yeni futbolçu
19.07.2013 - 03:50
Artıq 15 gündür ki, “Bakı” Avstriyada təlim-məşq toplanışı keçirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ötən gün “ağ-göylər” səhər saatlarında dağlıq ərazidə yoxuşa qalxaraq ümumilikdə 2 km məsafəni qət ediblər.
Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi isə 1,5 saat davam edib.
Fiziki və taktiki təmrinlərdən ibarət məşq isinmə hərəkətləri ilə başlayıb.
Komanda məşqi topla hərəkət və uzun pas təmrinləri ilə davam edib. Daha sonra dörd qrupa bölünən futbolçular bir oyun keçirib.
Aleksandar Şoliç məşqdə iştirak etməyib, Kamran Ağayev isə komandadan ayrı çalışıb.
“Zolaqlılar” ilə birgə kiprli müdafiəçi Georgias Pelageas da məşq edib. O, ötən gündən etibarən klubda baxışdan keçir.
Şam yeməyində isə komanda üzvləri 25 yaşı tamam olan Elvin Məmmədovu təbrik ediblər.

0
0