“Xəzər Lənkəran” çərçivəyə zərbə endirmədi
19.07.2013 - 04:32
“Xəzər Lənkəran” çərçivəyə zərbə endirmədi
Avropa Liqasının II təsnifat mərhələsinin “Makkabi” - “Xəzər Lənkəran” qarşılaşmasının statistik göstəriciləri bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA görüş ərzində qeydə alınan göstəriciləri hesablayıb.

“Kiryat Eliezer” stadionunda 2:0 hesabı ilə Hayfa klubun xeyrinə başa çatan oyunda meydan sahiblərinin üstünlüyü sezilir. Belə ki, israillilərin təmsilçimizin qapısına vurduqları 8 zərbədən “Xəzər Lənkəran” bir dəfə də olsun cavab verə bilməyib. Həmçinin “Xəzər Lənkəran” 90 dəqiqə ərzində künc zərbəsini yerinə yetirməyə müvəffəq belə olmayıb. Əvəzində isə ev sahibləri bu vəzifəni 10 dəfə yerinə yetirib.

Bundan başqa, oyuna ikinci hissədə daxil olan Elnur Allahverdiyev hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb. Lakin matçda qalib gələn “Makkabi”nin futbolçuları görüşü cəzasız başa vurublar.

Makkabi
Xəzər Lənkəran
2
Qol
0
8
Çərçivəyə zərbə
0
6
Qeyri-dəqiq zərbə
3
10
Künc zərbələri
0
2
Oyundankənar vəziyyətlər
1
8
Qayda pozuntuları
6
0
Sarı vərəqələr
1
0
Qırmızı vərəqələr
0