Slavik Alxasov daha 1 il də "Sumqayıt"da
19.07.2013 - 05:05
"Sumqayıt" 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, ötən mövsümü sumqayıtlıların heyətində icarə əsasında keçirmiş Slavik Alxasov daha 1 il bu komandada qalacaq.
20 yaşlı müdafiəçi baş məşqçi Aqil Məmmədovun komandası ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Slavik Alxasov ötən mövsüm Topaz Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub.
20 yaşlı müdafiəçi baş məşqçi Aqil Məmmədovun komandası ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Slavik Alxasov ötən mövsüm Topaz Premyer Liqasında 29 oyunda 2610 dəqiqə meydanda olub.
0
0