“İnter”: 90 dəqiqəyə 1 zərbə!
19.07.2013 - 05:20
“İnter”: 90 dəqiqəyə 1 zərbə!
Avropa Liqasının II təsnifat mərhələsinin “Tomse” - “İnter” matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşma ərzində qeydə alınan göstəriciləri hesablayıb.

“Alfheym” stadionunda ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə çərçivəyə zərbələrdə Norveç klubunun üstünlüyü cüzi olaraq gözə çarpır – 3:1. Təmsilçimiz isə qeyri-dəqiq zərbələrdə “Tomse”dən seçilir.

Belə ki, baş məşqçi Aqnar Kristensenin yetirmələri qapımıza sadəcə bir dəfə qeyri-dəqiq zərbə endiribsə, “İnter” bunu 8 dəfə yerinə yetirib.

Maraqlıdır ki, hər iki komanda 90 dəqiqə ərzində ofsayda düşməyib.


Tromse
İnter
2
Qol
0
3
Çərçivəyə zərbə
1
1
Qeyri-dəqiq zərbə
8
3
Künc zərbələri
5
0
Oyundankənar vəziyyətlər
0
14
Qayda pozuntuları
16
1
Sarı vərəqələr
4
0
Qırmızı vərəqələr
0