“Simurq”un Kipr çempionu ilə oynamaq istəyi puça çıxdı - YENİLƏNİB
19.07.2013 - 16:39
“Simurq”un Kipr çempionu ilə oynamaq istəyi puça çıxdı - YENİLƏNİB
“Simurq” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi sözügedən ölkədə hazırlıq çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirməliydi.

İyulun 16-da Yunanıstan çempionu “Olimpiakos”a (1:2) məğlub olan “Simurq” bu dəfə ötən il “Neftçi”nin Avroliqanın pley-off mərhələsində kənarlaşdırdığı Kiprin APOEL klubu ilə üz-üzə gəlməliydi. Ancaq Nikosiya təmsilçisinin rəsmi saytının bu haqda qeyd aparmaması, əksinə bu gun “Hoffenhaym” ilə qarşılaşacağını bildirməsi görüşün baş tutmamasını göstərir. Görünür, Çempionlar Liqasında mübarizəyə hazırlaşan APOEL “Simurq”dansa, Almaniya Bundesliqa klubu ilə görüşməyin daha faydalı olacağını düşünüb...

Qeyd edək ki, baş məşqçi Georgi Çixradzenin yetirmələri Türkiyə toplanışı zamanı 3 oyunda qüvvəsini sınayıb. Əvvəlcə “Simurq” “Spartak-Nalçik”ə (1:0) uduzub. Təmsilçimiz ikinci matçda “Dila” (3:3) ilə heç-heçə edib. Zaqatalalılar son oyununda da Gürcüstan klubu ilə qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.